Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb

Hər iki ekipaj katapulta edərək xilas olub

Bu gün Azərbaycanın Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinə məxsus "Su 25" hərbi təyyarəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun ANS PRESS-ə verdiyi məlumata görə, təyyarə təlim zamanı qəzaya uğrayıb. Hər iki ekipaj katapulta edərək xilas olub.

Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

В этом разделе