Azərbaycan Türkiyə ilə hərbi sahədə əməkdaşlıq çərçivəsində silah istehsalına başlayıb
Bu günlərdə hərbi istehsal sahəsində əməkdaşlığa dair müqavilə də imzalanacaq.
SalamNews-un məlumatına görə, razılaşmalara əsasən silah istehsalı həm Azərbaycanda, həm də Türkiyədə reallaşacaq. Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun jurnalistlərə verdiyi açıqlamaya görə, “İstiqlal” snayper tüfənginin 12.17 mm çaplı versiyasının bu ilin sonunda Türkiyədə istehsalına başlanacaq. Çəkisi 16 kq olan bu silah özünü doldurma qabiliyyətinə malikdir və 2000 metr məsafədəki hədəflərə qarşı effektiv tətbiq oluna bilir.
Bundan başqa Türkiyə ilə birgə 105 mm-lik top və MODERN piyada tüfənglərinin, 122 mm-lik raketlər, gecə görmə cihazlarının birgə istehsalı ilə bağlı razılıq əldə olunub.
“Pilotsuz təyyarələrin istehsalı üzrə zavodların açılışı olub. Bu zavodda 2 növ pilotsuz aparat istehsal olunur. İlin sonuna qədər 60 pilotsuz aparat təhvil veriləcək”, - deyə nazir qeyd edib.