Azərbaycan Ordusu cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayıb

Təlimlərdə Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir.

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Təlimlərdə müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.

APA

 

В этом разделе