Azərbaycan 10 ən hərbiləşmiş ölkə sırasına daxil edilib

Bonn Konversiya üzrə beynəlxalq mərkəzi (BICC) 2012-ci il üzrə qlobal hərbiləşmə reytinqi hazırlayıb

APA-nın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, İsrail bu reytinqdə 1-ci yerdə qərarlaşıb. Ondan sonra Sinqapur və Suriya gedir.

İlk onluğa, həmçinin Rusiya, İordaniya, Kipr, Küveyt, Azərbaycan, Bəhreyn və Səudiyyə Ərəbistan daxil olub. Bu il Azərbaycan və Bəhreyn keçən ilki reytinqin onluğuna daxil olan Yunanıstanı və Cənubi Koreyanı sıxışdırıblar. Bunun əsas səbəbi Azərbaycan və Bəhreynin hərbi xərclərini artırmasıdır. Türkiyə bu reytinqdə ancaq 24-cü yer tutur.

Qeyd edək ki, BICC 1990-cı ildən başlayaraq hər ölkənin hərbiləşmə indeksinə əsasan, qlobal hərbiləşmə reytinqi hazırlayır. Bu indeks təkcə ölkələrin hərbi xərclərinə, sərvətlərinə və əhalinin sayına görə müəyyənləşdirilmir. Burada ÜDM-də hərbi xərclər və səhiyyə xərcləri arasında, hərbçilər və həkimlərlə ölkənin ümumi əhalisinin sayı arasında və ağır hərbi texnika ilə əhalinin sayı arasında nisbət kimi amillər nəzərə alınır. Bütün bu amillərə görə İsrail indeksin maksimal 1000 baldan 870-ni yığaraq birinci yer tutub. İkinci yeri tutan Sinqapur 810, Suriya isə 780 bal yığıb.

Lakin bu indeks heç də dövlətin hərbi qüdrətini göstərmir. Əgər belə olsaydı ABŞ 1-ci, Rusiya 2-ci, İsrail isə yalnız 10-cu yeri tutardı.

В этом разделе