Avropa Birliyi Özbəkistana qarşı silah embarqosunu ləğv edir

İslam-Azeri.az İnternet qəzetinin ANS-ə istinadən verdiyi məlumata əsasən, Avropa Birliyinə üzv olan 27 ölkə Özbəkistana qarşı silah təchizatı embarqosunu yeniləməmək barədə razılığa gəlib.

Bu, 2005-ci il Əndican hadisələrindən sonra Avropa Birliyi tərəfindən Özbəkistana qarşı tətbiq edilmiş sanksiyalardan sonuncusu idi.

Hüquq müdafiəçiləri dəfələrlə bəyan ediblər ki, çoxsaylı tələfata səbəb olmuş Əndican hadisələrindən sonra ötən illər ərzində Özbəkistanda insan hüquqları ilə bağlı vəziyyət əhəmiyyətli şəkildə yaxşılaşmayıb.

Qeyd edək ki, Özbəkistan Avropa ölkələrinə potensial qaz ixracatçısıdır.

В этом разделе