![](/up/news/article/thumb_silahyeni.jpg)
2009-cu ildə 38,1 milyard dollarlıq silah ixrac edən ABŞ-ın ikinci ən böyük müştərisi isə ondan 5,4 milyard dollar məbləğində silah-sursat alan Əfqanıstandır. Superdövlətin digər müsəlman müştəriləri isə 3,3 milyard dollarlıq idxalla Səudiyyə Ərəbistanı, 2,1 milyard dollarlıq idxalla Misir və 1,6 milyard dollarlıq silah idxal edən İraqdır.
PMTƏA-nın məlumatına görə, ABŞ-ın silah ixracatı dünyadakı iqtisadi böhrana rəğmən əvvəlki illə müqayisədə 4,7% artıb. Məlumatda artım tempinin gələn ildə də davam etməsinin proqnozlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Birləşmiş Ştatların silah satışı ilə məşğul olan əsas şirkətləri Lokhed Martin Korporasiyası, Boinq Şirkəti və Nortop Qrumman Korporasiyasıdır.
/sondakika/
/azerimuslims/