9 ədəd 2C7 «Pion» özüyeriyən artilleriya

Azərbaycan ötən il Rusiyadan 9 ədəd 2C7 «Pion» özüyeriyən artilleriya qurğusu alıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: APA-nın «Rosoboroneksport» Dövlət Şirkətinə istinadən verdiyi məlumata görə, artilleriya sistemi imzalanmış müqaviləyə uyğun olaraq Azərbaycana 2009-cu ilin mart-dekabr aylarında çatdırılıb. Rusiya bundan əvvəl, 2008-ci ildə isə Azərbaycana daha 3 ədəd «Pion» qurğusu satıb.

Qeyd edək ki, 203,2 mm çaplı «Pion» qurğuları 51 km məsafədəki hədəflərə qarşı effektiv tətbiq oluna bilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.

 

В этом разделе