İranın din alimi belə bir bəyanatla çıxış edib
313news.net ABNA-ya istinadən xəbər verir ki, İranın tanınmış din alimi Ayətullah Misbah Yəzdi silahlı qüvvələrdən ibarət heyətin qəbulundə vilayəti-fəqihə itaətdən danışıb. O deyib: "Məsum imamla əlaqə saxlaya bilməyən insanlar üçün (imamlar) özləri hazır olduqları vaxt belə , naib (nümayəndə) təyin edərdilər. Bu elə dövrümüzdəki "vilayəti-fəqih" anlayışıdır. Tarixdən də görünür ki, məsum imamlarla rabitə olmadığı vaxtlarda, xüsusilə İmam Zamanın (ə) qeybəti dövründə, alim və fəqihlərin danılmaz rolu vardır. Hətta onlar olmasaydı, İslam dinindən əsər-əlamət qalmazdı".
Müctehid sözünə belə davam edib: "Əgər bizlər hər hansı bir şeyin haqq olduğu dərk etmişiksə, onu sona qədər müdafiə etməliyik. Əgər "vilayəti-fəqih" anlayışını dərk etmişiksə eyni cürə. Bilməliyik ki, vəliyyi-fəqihə müxalifət, imamlara müxalifətdir və hədislərə görə Allaha şirk qoşma həddindədir".
Qeyd edək ki, Ayətullah Misbah Yəzdi "vilayəti-fəqih" nəzəriyyəsinin əsas tərəfdarlarından sayılır. O, bu mövzu barəsində məşhur "Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış" kitabının müəllifidir.