İranın tanınmış mərceyi-təqlid alimi vəhhabilərin bütün dünyada nifrətlə qarşılandıqlarını deyib
Ayətullah Safi Qolpeyqani bu sözləri İranın ali dini liderinin Kürdüstan vilayətinə yeni təyin etdiyi nümayəndəsi Hüseyn Şəhrudi ilə görüşündə deyib. "Rasthaber"in məlumatına görə, o deyib ki, müsəlmanlar vəhhabilərin təxribatlarına qarşı diqqətli olmalıdırlar. Böyük alim deyib ki, bu gün Kürdistan vilayətində vəhhabilər şiələr və sünnilər arasında təfriqə yaratmaq istəyirlər, amma sünnə və şiə əhli birlikdə bu oyunu puça çıxaracaqlar. O həmçinin deyib ki, vəhhabilər dünyanı təhlükəli vəziyyətə salıblar və bəzi qərb ölkələri vəhhabilərə kömək edir.