Aprelin 16-da İranın Urmiya şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirləcək
Bu haqda APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçtərəfli və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqları gözlənilir. Eyni zamanda xarici siyasət idarəsinin başçıları ötən il keçirilən görüş zamanı qəbul edilmiş qərarların, o cümlədən iqtisadi-ticari sazişlərin, icrası vəziyyətini müzakirə edəcəklər. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirmək barədə qərar 2010-cu ildə İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul sammiti zamanı qəbul edilib.