Tələbələr ruhani libası aldı

İİR, Müqəddəs Qum şəhərində dini elmlər hövzəsində təhsil alan bir qrup azərbaycanlı tələbə fəxri ruhani libası alıb.

Ayətullah Məkarim Şirazınıın ofisindən verilən məlumata görə, Qum dini elmlər hövzəsinin bir qrup xarici tələbəsinə ruhanilik göstəricisi olan əmmamə təqdim edilib. Bu mərasimdə Azərbaycandan da bir qrup tələbə Ayətullah Məkarim Şirazi tərəfindən ruhani libası almaq iftixarına nail olub. Ayətullah Məkarim Şirazi ruhani libasının əhəmiyyətinə toxunaraq deyib: “Bu, çox müqəddəs bir libasdır və onu geyməyə nail olan bütün tələbələr ruhanilik məqamının mövqeyini və ləyaqətini qorumaq üçün var gücləri ilə çalışmalıdırlar.

/HaqqYolu/

В этом разделе