Tehranda tələbələr ABŞ-da çəkilən antiislam filmə qarşı etiraz edirlər

İran tələbələri Tehranda Birləşmiş Ştatların bu ölkədə maraqlarını təmsil edən İsveçrə səfirliyi qarşısında ABŞ-da çəkilmiş antiislam filmə qarşı etiraz aksiyası keçirirlər.

 

Bu barədə Trend cümə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.

Sabah cümə namazından sonra mitinqlərin İranın bütün şəhərlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Müsəlmanların günahsızlığı" filmi sentyabrın 11-də Misir və Liviyada ABŞ-ın diplomatik missiyalarına hücum edilməsinə rəvac verib.

ABŞ mətbuatının məlumatına görə, filmin çəkilməsində bir neçə dəfə şəxsən Quranı yandıran floridalı keşiş Terri Consun birbaşa rolu var.

TREND

 

В этом разделе