Tehranda bayram namazını Ayətullah Xameneyi qıldıracaq

İranda da sabah Fitr bayramıdır

Sabah ölkəmizdə olduğu kimi İranda da Fitr bayramıdır. Bu münasibətlə ölkədə təntənəli bayram namazlarının təşkili planlaşdırılır. Məlumata görə, paytaxt Tehranda bayram namazı ölkənin ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin imaməti ilə qılınacaq. Bayram namazı Tehran universitetində qılınacaq.

Xatırladaq ki, hər il ali dini liderin rəhbərliyi ilə qılınan namazlar böyük izdihamla keçir. Namaz cərgələri kilometrlərlə uzanır.

В этом разделе