Polis nümayiş iştirakçılarına atəş açıb
Tehrandan əldə edilən son məlumata görə, müxalifətin mitinqində hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı döyüş güllələrindən istifadə edib.
Yüzlərlə polis Tehran Universitetini mühasirəyə alıb. Məqsəd Tələbə günü müxalifyönlü nümayişin qarşısını almaqdır.
Bundan əvvəl isə polis Tehranın mərkəzindən bütün jurnalistləri çıxarıb.
Əvvəl yayılan məlumatda bildirilirdi ki, bu gün İran polisi gözyaşardıcı qazla müxlaifət lideri Mir Hüseyn Musəvinin tərəfdarlarını Tehranın mərkəzindən qovub. "Reuters" agentliyinin məlumatına görə, polis Musəvinin iki tərəfdarını saxlayıb.
Qeyd edək ki, bu gün müxalifət hər il keçirilən tələbə günü ilə əlaqədar etiraz aksiyaları təşkil etməyi planlaşdırırdı. Bununla əlaqədar hakimiyyət xarici jurnalistlərə Tehranda ayın 9-dək peşə fəaliyyəti ilə məşğul olmağı qadağan edib. İki gün ərzində İranda fəaliyyət göstərən xarici jurnalistlər reportaj üçün öz ofislərini tərk edə bilməzlər.
Qeyd edək ki, dekabrın 7-də İranda 1953-cü ilin bu tarixində Amerka əleyhinə mitinqlər zamanı ölən 3 tələbəyə həsr olunmuş tələbə günü qeyd olunur. Tələbə günü ilə əlaqədar hakimiyyət gəncləri Qərb dövlətlərinə qarşı barışmaz olmağa çağırıb.Hakimiyyətin bunu etməkdə məqsədi Mahmud Əhmədinejada qarşı əks mövqedə olan tələbələrin etirazlarının qarşısını almaqdır. /anspress/
В этом разделе
- İran prezidenti: “Azərbaycanlılar olmasaydı, İranda inqilab qələbə çalmazdı”20 Мая, 2015
- Kəmaləddin Heydərov Məşhəddə İmam Rzanın (ə) qəbrini ziyarət edib17 Марта, 2014
- Rəsmi Tehran İran gəmisinin İsrail tərəfindən saxlanılması xəbərini təkzib edib6 Марта, 2014
- İranın irşad naziri: “Azərbaycan Dili Akademiyasının yaradılması zəruridir”3 Марта, 2014
- Bütün şiələr Maliki kimi düşünmür- Qərdavi27 Апреля, 2013
- Rəfsəncanin oğlunun Tehran Şəhər Bələdiyyəsinə namizədliyi qeydə alınıb22 Апреля, 2013
- Ayətullah Sistani xalqı seçkilərə çağırdı, seçki dairələri partladıldı21 Апреля, 2013
- İranın neft ehtiyatları ABŞ-ı geridə qoydu21 Апреля, 2013
- İran koalisiyası prezidentliyə 3 namizəd irəli sürəcək20 Апреля, 2013
- Pərviz Müşərrəf həbs edildi19 Апреля, 2013