Suriya xalqı böyük müqavimət göstərir-Ayətullah Rəfsəncani

Ayətullah Haşimi Rəfsəncani

Keçmiş prezident Suriyada xalq inqilabının baş verdiyini deyib

İranın sabiq prezidenti Ayətullah Haşimi Rəfsəncani İraq-İran müharibəsində iştirak etmiş tibb işçilərini qəbul edib. 313news.net-in "timeturk" saytına istinadlı məlumatına görə Rəfsəncani bölgədəki siyasi hadisələrə də toxunub. O deyib ki, Suriyadakı hadisələr xalq inqilabıdır: "Dünya dəyişir. Buna görə biz də bölgəmizə baxmalıyıq. Artıq xalqlar oyanır. Biz indi ayıq, diqqətli, müqavimətli və mücahid kütlələrlə qarşı-qarşıyayıq".

Rəfsəncani həmçinin qeyd edib: "Yəmən xalqı aylardır küçələrdədir və şəhidlər verir. Liviya xalqı da mübarizə göstərir və öldürülür. Suriya xalqı da müqavimət göstərir".

Eks-prezident çıxışında bidlirib ki, artıq xalqlar təzyiq göstərən hakimlərə mərhəmət göstərməyəcək.

В этом разделе