Suriya baş nazirinin müavini İrana gedib

Suriya baş nazirinin müavini Ömər Qalavanci İranda səfərdədir.

APA-nın İRİB-ə istinadən məlumatına görə, səfər çərçivəsində Ö. Qalavanci İran parlamentinin sədri Əli Laricani ilə görüşüb.

Suriya baş nazirinin müavini İrana ölkəsində yaşanan hadisələrlə bağlı sərgilədiyi mövqeyə görə minnətdarlığını bildirib: “Xarici qüvvələr Suriyadakı terror aktlarını artıraraq ölkədəki böhranı dərinləşdirmək siyasəti aparırlar. ABŞ rəhbərliyindəki düşmənlər bölgədəki bəzi ölkələrin köməyi ilə bölgədə İsrailə qarşı müqavimət gücünü zəiflətmək məqsədi güdürlər. Lakin Suriya xalqı və rəsmiləri bu sui-qəsd və siyasəti təsirsiz hala gətirəcək”.

Ə. Laricani isə rəsmi Dəməşqin İranın dostu olduğunu deyərək Suriya xalqı və hökumətini xarici sui-qəsdlər qarşısında dəstəklədiyini bildirib: “Qərb ölkələri bölgədəki bəzi dövlətlərin köməyi ilə Suriya əleyhinə əsassız və yalan təbliğatlarla təzyiq siyasəti yürüdürlər”.

В этом разделе