Sionizm və işğalçılıq dönəmi başa çatdı- Əhmədinejad

İran prezidenti BMT-yə müraciət ünvanlayıb

İran prezidenti Mahmud Əhmədinejad beynəlxaql birlik günün ilə əlaqədar olaraq BMT baş assambleyasına müraciət ünvanlayıb. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı məlumatına görə, Əhmədinejad sionizm dönəminin başa çatdığını və Fələstin üçün yeni mərhələnin başladığı bildirib: "60 ildən çoxdur ki, Fələstin dünyanın azad xalqlarının ən mühüm məsələsidir".

İslam Respublikasının prezidenti bildirib ki, Fələstin torpaqlarının zalımcasına işğalı və bu millətin didərgin salınması, bu insanların qanuni haqlarını qəsb etməkdən əlavə olaraq, insani dəyərləri, ağıl və məntiqi yox saymaqdır.

Əhmədinejad bildirib ki, İran həmişə Fələstin xalqının yanındadır.

В этом разделе