Səudiyyə ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Səudiyyə kralı Abdullah b. Əbdül-Əziz Al Saud ölkədə "itaətsizlik vəziyyəti" hökm sürdüyündən təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq səviyyəsinə gətirilməsi üçün əmr verib.

313news.net-in Press TV-yə istinadən verdiyi xəbərə görə, bu əmr Kral Abdullah tərəfindən ölkənin güc strukturları və kəşfiyyat rəhbərlərinə, həmçinin müdafiə və daxili işlər nazirlərinə  "tam məxfi" məktubla  ünvanlanmışdır.

Press TV-nin iddiasına görə, onlar 27.06.2012-ci il tarixili bu məktubun bir nüsxəsini əldə edə bilmişdirlər.

Əmrdə Səudiyyə güc strukturlarına xarici müdaxilə və ya terror aktlarına qarşı hazırlıqlı olmaq tapşırılır. Səudiyyə Müdafiə Nazirliynə tapşırılır ki, bütün qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilsin və Səudiyyənin həm daxilində, həm də xaricində "əl-Faruq" kod adlı əməliyyatın keçirilməsinə hazır olsun.

Görünür son aylar Səudiyyə Ərəbistanında baş vermiş etiraz aksiyaları Kralı çox narahat edib.

В этом разделе