Şərqi Türküstan Pekinə qarşı din davasına qalxıb

Çin polisi yerli məscidi müdafiə edən iki uyğuru qətlə yetirib

Çinin Ninsya-Xuey muxtar rayonunda yüzlərlə müsəlman uyğur Çin polisinə qarşı etiraz nümayişində iştirak edib.

ANS PRESS «Agence France-Presse»yə istinadən bildirir ki, polislə qarşıdurma yerli məscidlərin birində başlayıb. Hakim dairələr yenicə tikilmiş məscidi qanunsuz sayıblar və onu sökmək istəyiblər. Yerli müsəlmanlar öz ibadət yerlərinin müdafiəsinə qalxıblar.

Yerli hüquq mücdafiəçilərinin bildirdiyinə görə, hadisə zamanı ik nəfər ölüb, 50 nəfər yaralanıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən və başqa vasitələrdən istifadə edib.

Qeyd edək ki, Çinin 6 milyondan çox insan yaşayan Ninsya-Xuey muxtar rayonunda yerli əhali əsasən müsəlmandır, oğuz qrupuna daxil olan salar dilində və qismən çincə danışırlar. Pekinin son illərdə rayona çox sayda çinli köçürməsinə və yerli əhalinin payı 35 faizə düşməsinə baxmayaraq yerli əhali öz dini inancına hörmətlə yanaşır.

В этом разделе