Rəfsəncaninin oğlu şübhəli yox, təqsirkardır-Millət vəkili

"Mehdi Rəfsəncani İrana gəlsə, dərhal həbs olunacaq"

Xəbəri "Fars" xəbər agentliyi yayıb. Xəbərə əsasən İslami şura məclisinin millət vəkili Bijən Nobavə Ayətullah Rəfsəncaninin oğlu Mehdi Rəfsəncaninin həbs olunmasının zəruriliyi barədə danışıb. O deyib ki, Rəfsəncaninin oğlu şübhəli şəxs deyil, təqsirkardır və o İrana daxil olsa dərhal həbs olunub, məhkəmə qarşısına çıxarılmalıdır.

Millət vəkili Milli Təhlükəsizlik Nazirliyinin Mehdi Rəfsəncani haqqında kifayət qədər məlumata malik olmasını bəyan etməsi, onun keçən ilki fitnədə aktiv iştirakını sübut etməyə yetərli olduğunu bildirib: "Onun muhakimə olunması ədalətin qaçınılmaz şərtidir və onun Rəfsəncaninin oğlu olmasının fərqi yoxdur".

В этом разделе