Rəfsəncani prezident seçkilərində iştirak etməyəcək

İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncani növbəti seçki kompaniyasında iştirak etməyəcək

Bu barədə İranın Siyasəti Müəyyənləşdirən Şurasının mətbuat xidmətindən bildirilib.

SalamNews-un ''MehrNews''a istinadən verdiyi xəbərə görə, bəyanatda keçmiş prezidentin seçki kompaniyasında iştirak edəcəyi ilə bağlı şayələr təkzib olunur: ''Bu cür böhtan xarakterli şayələr ölkənin əsas problemlərindən fikri yayındırmaq üçün yayılır''.

Xatırlaadq ki, ayətulla Rəfsəncani 2005 və 2009-cu illərdə prezident seçkilərini tənqid edən ilk şəxslərdən olub. 2005-ci ildə Mahmud Əhmədinejad məhz onu arxada qoyaraq prezident seçilib.

Hazırda Əkbər Haşimi Rəfsəncani Siyasəti Müəyyənləşdirən Şuranın sədri vəzifəsini icra edir.

В этом разделе