Ramin Mehmanpərst ABŞ-ın Azərbaycandakı səfirinin bəyanatına cavab verdi

İyunun 14-də jurnalistlərlə görüşən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərst ABŞ-ın Azərbaycandakı səfirinin Transxəzər qaz kəmərinin çəkilməsi ilə bağlı bəyanatına reaksiya verib

“Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərst deyib: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı mübahisələr və onunla bağlı problemlər, eləcə də Xəzərin ətraf mühitlə bağlı problemləri bu dənizin sahilindəki ölkələrə aid məsələlərdir. Aydın məslədir ki, Xəzər dənizi ilə bağlı qəbul edilən hər hansı qərar kollektiv razılıq olmadan həyata keçə bilməz.

Xəzər dənizindən enerjinin nəqli dənizin məhdudluğunu, hər tərəfdən quru ilə əhatə olunduğunu nəzərə aldıqda ətraf mühitlə bağlı təhlükəli nəticələrə gətirib çıxara bilər. Elə buna görə də bu barədə hər bir qərar Xəzəryanı 5 ölkənin birgə razılığa gəlməsindən sonra həyata keçirilə bilər.

Biz nə qədər fikirləşsək də, amerikalıları Xəzəryanı 5 ölkəyə aid edə bilmirik. Onların hansı mövqe və şəraitlərinə görə bu kimi fikirlər irəli sürməsinin səbəbini başa düşə bilmirəm. Amerikalılar yaxşı olar ki, onlara aidiyyəti olmayan sahə və məsələlər barədə fikir irəli sürməsinlər. Onların bu barədə danışmağa səlahiyyəti yoxdur. Xəzəryanı 5 ölkənin özləri Xəzər problemləri ilə kifayət qədər tanışdır. Yaxşısı budur ki, amerikalılar Xəzər dənizi ilə bağlı özlərini narahat etməsinlər və gedib daha çox öz daxili problemlərinin həlli ilə məşğul olsunlar”.

В этом разделе