"İranın nüvə məsələsi həll olunmaq üzrədir"

“İranla qısa müddətdə anlaşma imzalayacağımıza ümid edirəm”

APA-nın məlumatına görə, bunu İrana ikigünlük səfərini başa vurmuş Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano Vyana hava limanında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İranla nüvə silahının istehsal olunduğu şübhə edilən obyektlərdə araşdırma aparmaq məsələsində razılıq əldə olunub: “Yaxın zamanda anlaşma imzalanacağını deyə bilərəm”. 

Qeyd edək ki, mayın 23-də İraqın paytaxtı Bağdad şəhərində yerli vaxtla saat 11:00-da İranla "altılıq" ölkələri arasında növbəti müzakirələr keçiriləcək. Danışıqlardan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bir araya gələcək.

В этом разделе