"ABŞ hakimiyyətində ağıllı şəxslər də var"

İran prezidenti ölkəsinin ABŞ-la qarşıdurmasını real hesab etmir

İran prezidenti Mahmud Əhmədinejad "Əl-Cəzirə" kanalına müsahibə verib. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı məlumatına görə, Əhmədinejad Amerikanın həqiqətləri təhrif etdiyini deyib. İslam Respublikasının prezidenti ölkəsinə qarşı yönələn terror iddialarının Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xələl gətirmək və diqqəti iqtisadi problemlərdən yönəltmək məqsədi daşıdığını bildirib.

Müxbirin "ABŞ-la müharibə ehtimalı varmı?" sualına cavabında Əhmədinejad bunu real saymadığını bildirib: "Amerika hakmiyyətində bunu istəyən şəxslər var. Amma bunun olmaması gərəkdiyini bilən ağıllı şəxslər də var".

В этом разделе