Prezidentlə aramızda nə inciklik, nə də barışıq olub-İranın kəşfiyyat rəhbəri

İranın kəşfiyyat naziri höccətül-islam Heydər Moslehi belə deyib

Bu günkü mətbuat konfransında İranın kəşfiyyat naziri höccətül-islam Heydər Moslehi bəyan edib ki, ölkədə ictimai qrup və təşkilat adı altında fəaliyyət göstərən daxili düşmənlərlə mübarizə daim onun idarəsinin gündəmindədir. Bu barədə SalamNews “FarsNews” agentliyinə istinadən xəbər verir.

“Bu fəaliyyət bizim nazirlik üçün prioritetdir və biz imkanlarımız və səlahiyyətlərimiz daxilində fəaliyyət göstəririk”, - deyə Heydər Moslehi bəyan edib.

Konfransda iştirak edən alman jurnalistinin “Prezidentlə sizin aranızda inciklik və barışıq nə ilə qurtardı?” sualına belə cavab verib: “Bizim aramızda nə incilkil, nə də barışıq olub. Bu şəxsi məsələ idi və uğurla həll edilib”.

В этом разделе