Pakistan Xocalı soyqırımını tanıdı

İslam Respublikası bu barədə qətnamə qəbul edib

Dünən Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsində “Pakistan-Azərbaycan münasibətləri” mövzusunda dinləmələr keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dinləmələrdən sonra Azərbaycan ərazilərinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul olunub.

Qətnamədə bildirilir ki, Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral, 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyir: “Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu soyqırım üçün məsuliyyət də müəyyən edə bilər”.

В этом разделе