Pakistan prezidenti İrana gəlmədi

Qaz boru kəmərinin çəkilişinin sona çatdırılması ilə bağlı razılaşma imzalanmadı

Pakistan prezidenti Asif Əli Zərdarinin İrana səfəri təxirə salınıb. “Fars” xəbər agentliyinin məlumatına görə, bu barədə Pakistanda nəşr olunan “Nevi-i Vakit” qəzeti yazıb. Xəbərdə bildirilir ki, A. Ə. Zərdarinin Böyük Britaniya, Fransa, Türkiyə və İran da daxil olmaqla 4 ölkəyə səfər etməsi gözlənilirdi: “Pakistan prezidenti İrana səfəri çərçivəsində İran-Pakistan, “Sülh” təbii qaz boru kəmərinin çəkilişinin sona çatdırılması ilə bağlı razılaşma imzalamalı idi. Lakin Pakistan Prezident Administrasiyası yaydığı məlumatda Zərdarinin İran səfərini naməlum səbəblərdən təxirə salındığını açıqlanıb. Məlumatda Pakistan prezidentinin İrana səfəri üçün heç bir proqram tutulmadığı qeyd olunub. Bu səbəbdən Zərdarinin İrana səfərini başqa bir vaxt həyata keçirəcəyi vurğulanıb”.  /APA/

В этом разделе