
Ayətullah Safi Gülpayiqani buyurmuşdur: “Hövzələrdə İmamət mövzusuna diqqət dirçəldilməlidir. Elmi hövzələrdə keçirilən mövzular tamamilə Əhli-Beyt (ə) məktəbindən götürülməlidir”.
İsra.az internet qəzetinin Leader.ir saytına istinadən verdiyi xəbərə əsasən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sonuncu peyğəmbər, nur, ədalət və rəhmət elçisi Həzrət Məhəmməd Mustafanın mübarək doğum günü, habelə Peyğəmbər ailəsinin Sadiqi, İmam Cəfər Sadiqin (ə) təvəllüdü münasibətilə hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü.