Ayətullah Məkarim-Şirazi çıxışlarından birində buyurmuşdur ki, ifratçı təkfirçilərin hərəkətləri İslamın adını kobudluqla bir sıraya saldı. Bu da İslam dininə qarşı ən böyük xəyanətdir.
Ayətullah Məkarim-Şirazi çıxışlarından birində buyurmuşdur ki, ifratçı təkfirçilərin hərəkətləri İslamın adını kobudluqla bir sıraya saldı. Bu da İslam dininə qarşı ən böyük xəyanətdir.
Ayətullah Məkarim-Şirazi “Nəhcul-Bəlağə” kitabından İmam Əlinin (ə) sözlərinə işarə edərək, demişdir: “Həzrət Peyğəmbərin (s) besətindən qabaq insanlar mədəniyyət, maddi və mənəvi baxımdan çox geridə qalmışdılar. Ancaq Həzrət Xatəmin (s) besəti bəşəriyyətə zülmdən, cahillik və geridə qalmışlıqdan nicat vermişdir. Müsəlmanların iqtidarına bais oldu. Əgər kimsə, Peyğəmbərin (s) möcüzələrini saymaq istəsə, bu dahi şəxsiyyətdən əvvəl və sonrakı vəziyyəti müqayisə etsə, görər ki, adi yolla bu dəyişikləri əldə etmək olmaz. Biz də əgər dəyərlərimizi və müvəfəqiyyətlərimizi insanlara, xüsusilə də cavanlara tanıtmaq istəyiriksə, gərək onları əvvəlki vəziyyətlə tanış edək.
Cavanlar üçün əldə edilən müvəffəqiyyətlər haqda məlumat verilməlidir. Gərək dünyaya göstərək ki, İslam kobud din deyildir. İfratçı vəhabilərin hücumlarını məntiqi cəhətdən neytrallaşdırmaq zəruridir. Əgər bu qruplar qana susuzlayıblarsa, onlar etdikləri qeyri-məntiqi hərəkətlərlə dünyada İslamın abır-həyasını aparırlar. Biz gərək dünyaya elan edək ki, bu cür hərəkətlərin İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam məhəbbət və qardaşlıq dinidir. O yerdə ki, elmi hövzə təşkil edilir, İslam həmin yerlərdə inkişaf edir”.
Ayətullah Məkarim Şirazi xürafatın dinin və məzhəbin çöhrəsinə ləkə vurduğuna işarə edərək, demişdir: “Xürafatın nəticələrinə diqqət edərək, onunla məntiqlə mübarizə aparmaq lazımdır və insanlar bu haqda məlumatlandırılmalıdırlar”.