«Obamanın İran xalqını təbrik etməyə haqqı yoxdur»

İranın Ali lideri Ayətullah Əli Xamneyi ABŞ-ın Tehrana qarşı siyasətində dəyişiklik müşahidə etmədiklərini bildirib «Barak Obamanın İran xalqını Novruz bayramı münasibəti ilə təbrik etməyə haqqı yoxdur». Bunu ABŞ prezidentinin İran xalqına müraciətinə münasibət bildirərkən İranın Ali lideri Ayətullah Əli Xamneyi deyib. O, ABŞ-ın Tehrana qarşı siyasətində hər hansı bir dəyişiklik müşahidə etmədiklərini söyləyib. İranda Novruz bayramı münasibəti ilə bağlı xalqa təzə il təbriklərini çatdıran Xamneyinin sözlərinə görə, Birləşmiş Ştatlar İranı terroru dəstəkləməkdə, eləcə də nüvə silahı hazırlamaqda günahlandırır və buna görə də İran xalqını bayram münasibətilə təbrik edə bilməz. Xatıraladaq ki, ötən gün Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama videomüraciətdə İran xalqını Novruz bayramı münasibətilə təbrik etmiş və ölkəsinin rəsmi Tehranla gərgin münasibətlərə son qoyaraq, konstruktiv əlaqələrə hazır olduğunu bəyan etmişdi./ANS TV/

В этом разделе