Müxalifətdən olan dini xadim vəfat etdi

Ayətullah Xoseyn Əli Montazeri öz evində dünyasını dəyişib 

İranda müxalifətdən olan dini lider ayatolla Xoseyn Ali Montazeri 87 yaşında vəfat edib. Ailəsinin İRNA agentliyinə verdiyi məlumata görə, Montazeri öz evində dünyasını dəyişib.

Montazeri yaşlı olmasına baxmayaraq ölkənin siyasi hadisələrində fəal iştirak edirdi.

O, islam inqilabı rəhbəri imam Xomeyninin mümkün varislərindən biri olub və 1989-cu ildə onun ölümündən sonra ölkənin dini lideri ayatolla Ali Xamneinin ünvanına kəskin tənqidlə çıxışlar edib. Onun vəzifəyə gəlməsininin legitimliyinin şübhə altına qoyduğuna görə, Montazeri 1998-ci ildə 5 il ev dustağına çevrilib. /anspress/

В этом разделе