Mahmud Əhmədinejad Sudana gedir

Birgə əməkdaşlıq müzakirə ediləcək

Anspress-in məlumatına görə, İran prezidentinin Sudana rəsmi səfəri başlayır. Mahmud Əhmədinejad Sudanda bu gün - BMT Baş Assembleyasının 66-cı sessiyasında iştirakdan sonra olacaq.

Sudan Xarici İşlər Nazirliyindən bildirilib ki, Sudan prezidenti Ömər əl-Bəşir iranlı həmkarı ilə görüşəcək. Görüşdə ümumi maraq doğuran məsələlər, o cümlədən, hər iki ölkəni hədəfdə saxlayan qüvvələrə müqavimət göstərmək üçün Tehran və Xartum arasında əməkdaşlığın möhkəmləndirilməsi müzakirə ediləcək. Bundan başqa, danışıqlarda Ömər əl-Bəşirin Tehrana son səfəri zamanı imzalanmış sazişlərin həyata keçirilməsindən də söhbət açılacaq.

İran Sudanın xarici siyasətində vacib istiqamətlərdən biridir. Xartum Darfur münaqişəsi ilə bağlı Qərblə qarşıdurmada Tehranı əsas müttəfiqlərindən biri kimi görür. Bundan başqa, iranlılar Sudan iqtisadiyyatına investisiya qoyulmasını genişləndirməkdə maraqlıdırlar. Neftlə zəngin olan cənub hissəsini itirən Sudan üçün isə İran neftinin güzəştli nəqli mühüm əhəmiyyət kəsb edir.

В этом разделе