Mahmud Əhmədinejad: “İran beynəlxalq normalar və razılaşmalar əsasında fəaliyyət göstərir”

Nüvə Tərksilahı Konfransında İranın mövqeyini səsləndirmək üçün İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Nyu-Yorka gəlib, - “SalamNyus” xəbər verir.
Jurnalistlər qarşısında çıxış edən İran prezidenti bildirib ki, İrana Qərbin etimadını qazanmaq lazım deyil. “Nüvə silahı və atom enerjisindən dinc məqsədlərlə istifadə - bunlar dünya ictimaiyyəti qarşısında dayanan iki müxtəlif vektorlu məsələlərdir. Bizim, qlobal nüvə tərksilahı ilə bağlı olduqca aydın görüşlərimiz, praktik, ədalətli və dəqiq təkliflərimiz var”, - deyə Mahmud Əhmədinejad bildirib.

İran prezidenti qeyd edib ki, Qərb ilə İran arasında etimadın yaranması məsələsinə çox skeptik yanaşır. “Biz onların etimadını qazanmamalıyıq, belə ki, bu mümkün deyil. Onlar nüvə silahlarını öz əllərində saxlamaq və onu eksklüziv olaraq istifadə etmək istəyirlər. Belə olan halda, hansı etimaddan söhbət gedə bilər?”, - deyə Əhmədinejad vurğulayıb.

İslam Respublikasının prezidenti qeyd edib ki, Tehran, dinc nüvə enerjisindən istifadə məsələsində beynəlxalq normaar və razılaşmalara əsaslanır. /Deyerler.org/

В этом разделе