Laricani sionist rejimin təhdidlərinə cavab verdi

İİC parlamentinin sədri sionist hədələrinə cavab olaraq bəyan edib: sionist rejimin təcavüz üçün səhv mühasibatına İranın cavabı elə olacaqdır ki, onların gözünə bir daha yuxu getməyəcəkdir.



Əli Laricani Tehranda keçirilən İslam ölkələri prokorurluğunun iclasında bildirdi: “O rejimlər ki, Amerikaya arxalanırlar və fikirləşirlər ki, qüdrətli İran qarşısında səslərini yüksəldə biləcəklər, tarixə müraciət etsinlər və görsünlər ki, aqibətləri nə olacaqdır.

İndiyə qədər eşitməmişəm ki, bu məntəqənin mütəxəsisləri və nəzər sahiblərindən bir nəfəri belə sionist rejimin təcavüzünə İranın cavabının necə olacağını təxmin edə bilsinlər, ancaq onların hamısı bilsinlər ki, səhv mühasibat zamanı İranın cavabı elə olacaqdır ki, onların gözünə bir daha yuxu getməyəcəkdir”.

Parlamentin sədri bildirdi ki, bu gün biz müxtəlif taktikaların və təbliğat manevrləri daşıyan dəyişiklər layihəsinin şahidiyik. Birləşmiş Ştatlar diqqət etsinlər ki, bu günün dünyası sadəlöhv deyil, onlar diqqət edərək və düşünərək təhrikləri müşahidə edirlər.

Laricani Amerika dövlət xadimlərinə müraciət edərək bildirdi: “Əgər dəyişiklər olmalıdırlarsa, gərək aydın olsun ki, sizin Fələstinlə bağlı strategiyanız dəyişib, yoxsa, yox. Əgər Fələstin millətinin yanında yer almısınızsa, o zaman dəyişiklər məna kəsb edər.

“Əgər İraq millətindən etdiyiniz təcavüzlərə və qırğına görə üzr istəsəniz, İraqdan çıxsanız və İraq dövlətinin öz parlamentinə və milli dövlətinə imkan versəniz ki, qərarlarını özləri çıxartsınlar, həmin gün İraq xalqı dəyişiklərə inanacaqdır.

Əgər sonra da təbliğatın çör-çöpünə görə həqiqi sözünüz olsa, milli məntəqənin intizarı o olacaqdır ki, millətlər hal-hazırkı şəraitdə elə həmin səbəbə görə hadisələrin ləngiməsini düşünərək müşahidə etsinlər və görsünlər ki, Birləşmiş Ştatlar inşa sinifində oturublar, yoxsa o vaxtın hesabını mühakimə edirlər”, - deyən Laricani sözünün sonunda ümidvar olduğunu bildirdi ki, bu konfransda məzlum Fələstin xalqının müdafiəsi üçün yollar tapılacaq və böyük səylərlə bu yollar izlənəcəkdir. 
(“Dəyərlər” AİN)


В этом разделе