İsrailin ilk xətası, elə son xətası olacaq- İran XİN

"İran müdafiə gücünün zirvəsindədir"

Bu sözləri İran Xarici İşlər Nazirliyi sözcüsü Ramin Mehmanpərəst deyib. 313news.net-in xəbərinə görə, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan paytaxtında görüşlər keçirən Mehmanpərəst keçirdiyi mətbuat konfransında İsrailin İrana mümkün hərbi müdaxiləsini dəyərləndirib.

İsrailin İslam Respublikasına hər hansı hücum qüdrətində olmadığını bildirən Mehmanpərəst qeyd edib: "İran müdaifə gücünün zirvəsindədir və İsrail hakimiyyətinin yol verəcəyi ilk xəta son xəta olar".

Qeyd edək ki, keçən ay İslam İnqilabı rəhbəri Ayətullah Əli Xameneyi də oxşar bəyanatla çıxış etmişdi. İnqilab lideri İsrailin paytaxtını yerlə bir edəcəklərini bildirmişdi.

В этом разделе