İslami İran bir dəfə daha kimyəvi silahların qadağan edilməsini istədi

İsra.az İnternet qəzetinin İRNA-a istinadən verdiyi xəbərə əsasən İranın kimyəvi silahları qadağan edən təşkilatdakı daimi nümayəndəsi Kazım Qaribabadi, bir dəfə daha Asiya qrupu ölkələri tərəfindən təşkilatın icra etmə şurası köməkçisi olaraq seçildi.

PressTV xəbər kanalının verdiyi xəbərə görə söz mövzusu seçmə, kimyəvi silahları qadağan edən təşkilatın Lahey şəhərindəki mərkəz binasında reallaşan Asiya qrupu üzv ölkələrin yığıncağında reallaşdı.

İranın Hollandiya səfiri və kimyəvi silahları qadağan edən təşkilatdakı daimi nümayəndəsi Qaribabadi, İranın əzəldən olduğu kimi şuranın icra etmə yığıncaqlarında Asiya qrupunun mənfəətləri istiqamətində fəaliyyət göstərəcəyini ifadə etdi.

41 üzvü olan kimyəvi silahları qadağan edən təşkilatın icra etmə şurası, söz mövzusu təşkilatın ən əhəmiyyətli qollarından biri sayılır. Hələ də şuranın üzvlərindən bir olan İran İslam Respublikası 2010-2012 illəri arasında da yenə icra etmə şurası üzvlüyünü davam etdirəcək.

В этом разделе