İraqın baş naziri İranla “altılıq” arasında danışıqları müzakirə etmək üçün Tehrana gəlib

İraqın baş naziri Nuri əl-Maliki regional inkişaf və ikitərəfli münasibətləri müzakirə etmək məqsədi ilə Tehrana səfərə gəlib. Tərəflər həmçinin İslam Respublikasının nüvə proqramı ətrafında da fikir mübadiləsi aparacaqlar

SalamNews-un “Press TV”yə istinadən verdiyi xəbərə görə, Malikini İranın energetika naziri Məcid Namcu qarşılayıb.

Xatırladaq ki, İslam Respublikası ilə “altılıq” arasında danışıqların ikinci mərhələsi mayın 23-də Bağdadda təşkil olunacaq.

Danışıqların birinci mərhələsi aprelin 14-də İstanbulda başa çatıb. Hər iki tərəf onları müsbət dəyərləndirib.

В этом разделе