İranlı nüvə aliminin dəfn mərasimi planlaşdırılmayan mitinqə çevrilib

Bu gün cümə namazından sonra Tehranda terror aktı nəticəsində qətlə yetirilən nüvə üzrə alim Mustafa Əhmədi Rövşənin İranın nüvə sənayesinin əməkdaşları tərəfindən təntənəli dəfn mərasimi təşkil edilib

SalamNews FarsNews-a istinadən xəbər verir ki, mərasimdə hökumət dairələrinin nümayəndələri və Tehranın minlərlə sakini iştirak edib.

Çox sayda tələbənin qoşulduğu mərasimdə iştirakçılar "Qardaşımı öldürdükləri kimi mən də öldürəcəm", "Amerikaya ölüm", "İngiltərəyə ölüm" süarları səsləndiriblər. Alimin dəfn mərasimi mitinqə çevrilib. Çıxış edənlər onun qisasını almağa çağırıblar.

Xatırladaq ki, yanvarın 11-də Tehranın Seyid Xəndan küçəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini Mustafa Əhmədi Rövşən və daha iki nəfər öldürülüb. İran informasiya agentliklərinin yaydığı məlumata görə, alim onun avtomobilinə bərkidilən maqnit bombanın partlaması nəticəsində həlak olub.

В этом разделе