İranla Pakistan arasında gərginlik yaranıb

İran Pakistanla sərhədini bağlayıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iki dövlət arasında insidentin yaranmasına səbəb pakistanlı sərhədçilər tərəfindən 3 iranlı hərbçinin saxlanmasıdır. Bu hərbçilərdən biri daha sonra öldürülüb.

Hadisə bazar günü Bəlucistan əyalətində baş verib. İranlı əsgərlər sərhədi pozan şəxsləri təqib edərək Pakistan ərazisinə keçiblər. Silahlı qarşıdurma zamanı iki nəfər yaralanıb, onlardan biri vəfat edib. Təqib olunan insanlar qaçıb gizlənə biliblər. Silahlı insidentdən sonra iranlı hərbçilər pakistanlı sərhədçilər tərəfindən saxlanılaraq həbs olunublar.

В этом разделе