İranla ABŞ arasında vasitəçiyə ehtiyac yoxdur-Əhmədinejad

Mahmud Əhmədinejad

İran prezidenti müzakirələrə başlamaq üçün ölkəsi ilə ABŞ arasında vasitəçiyə ehtiyac olmadığını bildirib

313news.net-in IRNa-ya istinadlı xəbərinə görə Mahmud Əhmədinejad bunu Nyu-Yorkda jurnalistlərlə görüşündə deyib. O deyib ki , qərbin İranla müzakirədən başqa yolu yoxdur və ölkəsi ədalətli, bərabər şərtlərlə müzakirəyə hazırdır.

O həmçinin deyib: "ABŞ İran və Yaxın Şərqə sahib olmaq məqsədi güddükcə mövcud problemlər qalmaqda davam edəcək. Fikrimcə, Amerika rəhbərliyi xalqının xeyri üçün hazırkı baxış tərzini dəyişməli və ədalət çərçivəsində digər millətlərlə dialoqa girməlidir".

В этом разделе