İranın vitse-prezidenti Qərbi neft sanksiyasını tətbiq etməkdən vaz keçməyə çağırıb

“İranın neft ixracatına sanksiya tətbiq edilsə, Hörmüz boğazını bağlayacağıq”

APA-nın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qərb İranın neft ixracına sanksiya tətbiq edəcəyi təqdirdə, Hörmüz boğazından bir damla belə neft daşınmasına icazə verməyəcəklər: “İran düşmənçilik və ya gərginlik yaranmasını istəmir. Ancaq Qərb də sanksiyalarından əl çəkmir”.
Qeyd edək ki, dünyada neft daşınmasının üçdə bir hissəsindən çoxu Hörmüz boğazı vasitəsi ilə həyata keçirilir. Bu boğazdan beynəlxalq bazarlara gündə 15,5 milyon barel neft daşınır.

В этом разделе