İranın Gəmiçilik İdarəsi Böyük Britaniyanın həmin idarənin balansında olan gəmilərlə qanunsuz və nüvə yüklərinin daşınması ilə bağlı iddiasını təkzib edib
İranın Gəmiçilik İdarəsi Böyük Britaniyanın həmin idarənin balansında olan gəmilərlə qanunsuz və nüvə yüklərinin daşınması ilə bağlı iddiasını təkzib edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
"Böyük Britaniya İranın Gəmiçilik İdarəsinə qarşı sanksiya tətbiq edib və idarənin fəaliyyəti ilə bağlı iddialar irəli sürüb, biz (İranın Gəmiçilik İdarəsi) həmin iddiaların cavabında bildiririk ki, bu qurumun fəaliyyəti beynəlxalq qanunlar çərçivəsində həyata keçirilir. İranın Gəmiçilik İdarəsi bu qanunlardan kənar heç bir qanunsuz hərəkətlərə yol verməyib", - deyə İranın Gəmiçilik İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumatda həmçinin deyilib ki, şirkət yalnız ticari yüklərin daşınması ilə məşğuldur və Böyük Britaniya dövlətinin nüvə və raket texnikalarının daşınması ilə bağlı iddiası böhtandır.
Məlumatda əlavə olunur ki, Böyük Britaniyanın sanksiyaları bu şirkətin beynəlxalq liman və sularda fəaliyyətinə bir o qədər təsir göstərməyəcək, beləki, İran və Böyük Britaniya arasında gəmiçilik ticarəti üzrə nünasibətlər çox az səviyyədədir./trend/
В этом разделе
- İran prezidenti: “Azərbaycanlılar olmasaydı, İranda inqilab qələbə çalmazdı”20 Мая, 2015
- Kəmaləddin Heydərov Məşhəddə İmam Rzanın (ə) qəbrini ziyarət edib17 Марта, 2014
- Rəsmi Tehran İran gəmisinin İsrail tərəfindən saxlanılması xəbərini təkzib edib6 Марта, 2014
- İranın irşad naziri: “Azərbaycan Dili Akademiyasının yaradılması zəruridir”3 Марта, 2014
- Bütün şiələr Maliki kimi düşünmür- Qərdavi27 Апреля, 2013
- Rəfsəncanin oğlunun Tehran Şəhər Bələdiyyəsinə namizədliyi qeydə alınıb22 Апреля, 2013
- Ayətullah Sistani xalqı seçkilərə çağırdı, seçki dairələri partladıldı21 Апреля, 2013
- İranın neft ehtiyatları ABŞ-ı geridə qoydu21 Апреля, 2013
- İran koalisiyası prezidentliyə 3 namizəd irəli sürəcək20 Апреля, 2013
- Pərviz Müşərrəf həbs edildi19 Апреля, 2013