İranın dini tələbələri ayağa qalxdı

Dünən Qum Elmi Hövziyyəsinin dərsləri tətil edilib.

İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə bu gün Qum Elmi Hövziyyəsinin dəsləri tətil edilib.

Bu barədə ilk əvvəl "Feyziyyə" mədrəsəsinin alimləri qərar vermişdilər.

Tətil 7 dekabrda Mir Huseyn Musəvi tərəfdarlarının İmam Xomeyniyə qarşı təhqir edici şüarlar səsləndirməsi və onun şəkilinin crılması səbəb olub.

Qum Elmi Hövziyyəsinin alim, müəllim və tələbələri bu gün böyük etiraz aksiyası keçiriblər.

Həmçinin bu etirazla İranın Güc Strukturlarını İmam Xomeyniyə qarşı təhqirlər səsləndirənlərin tezliklə hamısının həbs edilməsi tələb edilib.

Qumdan İslam-Azeri.az-a daxil olan məlumata görə on minlərlə etirazçı tələbə Feyziyyə elmi hövziyyəsinin qarşısında aksiya keçiriblər.

Bu aksiyaya Tehran, Təbriz, Zəncan və digər şəhərlər də dəstək olaraq aksiya təşkil ediblər.

İslam-Azeri.az

В этом разделе