İranın dəniz qüvvələri Somali quldurlarına hücum edib

İranın Hərbi Dəniz Qüvvələri Aden Körfəzində Somali piratlarının İranın neft tankerinə hücumunun qarşısını alıb

Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, hərbi dənizçilər tankerə kömək etmək üçün hadisə yerinə vaxtında yetişiblər. Daha sonra tanker təyinatı üzrə hərəkətini davam etdirib.

İran donanması artıq 2008-ci ilin noyabr ayından, yəni İran tərəfindən icarəyə götürülmüş "MV Delight" gəmisinin Yəmən sahillərində Somali piratları tərəfindən ələ keçirildiyi vaxtdan bəri Aden Körfəzində qoruq çəkir.

В этом разделе