İranın “Buşer” AES-i elektrik şəbəkəsinə qoşulub

İranın ilk Atom elektrik stansiyası (AES) olan “Buşer” elektrik şəbəkəsinə qoşulub

Buşer AES-in milli elektrik şəbəkəsinə qoşulması yerli vaxtla 23.29-da baş verib.

SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iranlı mütəxəssis Həmid Xadim Qaimi jurnalistlərə deyib: “Hazırda AES-in gücünün artırılması nəzərdə tutulub. Sentyabrın 12-nə stansiyanın göstəricisi 400 meqavata çatmalıdır. AES-in yekun gücü 1000 meqavat təşkil edəcək”.

Qaiminin sözlərinə görə, stansiyanın rəsmi açılışı da məhz sentyabrın 12-nə təyin edilib.

“Buşer” AES-in layihə gücünün 40%-i ilə istismara verilməsi avqustun 25-də baş tutub. Atom stansiyasını yalnız elektrik şəbəkəsinə qoşmaq qalırdı.

В этом разделе