İranın Buşəhr şəhəri yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb

İranın Buşəhr şəhərinin 5-ci kilometrliyində "F-4" tipli hərbi təyyarə qəzaya uğrayıb

Bu barədə "APA" İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsəsən, təyyarə İran Silahlı Qüvvələrinin təyyarəsidir və hadisə nəticəsində təyyarənin hər iki pilotu xilas olub. Hadisə bu gün səhər yerli vaxtla saat 10:10-da baş verib.

В этом разделе