İranın ali dini rəhbəri istefa məsələsinə münasibət bildirdi

Ayətullah Seyid Əli Xameneyi

"Rəhbər həyatda olduğu müddətdə İran millətinin, qəflətə düşərək böyük yanlış addım atmağına izin verməyəcəkdir"

Dünən İran İslam İnqilabının Ali Dini Lideri Ayətullahül Üzma Seyyid Əli Xamenei Fars əyalətindən gələn bir qrup insanları qəbul edərkən çıxış edib.

Bu haqda İslam-Azeri.az İnternet qəzeti İran mediasına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Ayətullah Xamenei çıxışının əvvəlində ölkədəki hökümətin xidmətindən danışıb. Hökümətdən razılığını önə çəkən İran İslam İnqilabının Lideri deyib: "Bu gün ölkədəki hər üç güc, xüsusilə də icra etmə gücü xidmət etməkdədir. Millət və Rəhbərlik məqamı daim ölkədəki iş və xidmət xəttini dəstəkləyəcək. Ancaq, Rəhbər böyük bir məsləhət mövzusunda qəflətə düşüldüyünü hiss etsə, məsələyə qarışacaqdır. Rəhbər həyatda olduğu müddətdə İran millətinin, qəflətə düşərək böyük yanlış addım atmağına izin verməyəckdir".

İrana qarşı təbliğat və qərarlara baxmayaraq İranın güclü olduğunu önə çəkən Ayətullahül Üzma Seyyid Əli Xamenei sözlərini belə davam edib : Bütün bu təzyiqlərə baxmayaraq, İslam Respublikası ayaqdadır və geri addım atmamışdır. İslam nizamının bu möhkəm quruluşu, onların hücumlarını qayaya çırparaq korlanmasına gətirib çıxarıb. Millət və hökumət, İslam nizamının bu möhkəmliyini qorumaq məcburiyyətindədir. Aranızda ixtilaf və ayrılıq meydana gəlməsinə icazə verməyin və düşmənin addımlarını xüsrana uğradın".

İslam İnqilabının Lideri İranın Milli Təhlükəsizlik nazirinin istefası ətrafında yaranan söz-söhbətə də aydınlıq gətirib: "Xarici mediaların çox da əhəmiyyətli olmayan bu mövzuda etdikləri təbliğatlara və gətirib çıxardıqları sensasiyalara bir baxın. “Bu media orqanları etdikləri analizlərdə İran İslam Respublikasında parçalanma və ikili hakimiyyət meydana gəldiyini və prezidentin Rəhbərin sözünü dinləmədiyini söyləməkdədirlər. Düşmənin son günlərdəki təbliğatları onların necə də bəhanələr axtardıqlarını və qurd kimi pusquda yatdıqlarını bir daha göstərdi".


İslam İnqilabı Rəhbəri məsuliyyətlər və vəzifələrin sərhədlərinin konstitusiyada konkret bir şəkildə göstərilmiş olduğunu ifadə edərək sözlərini belə davam etdirib: "Rəhbərlik mövqeyi hər hansı bir məsələdə qəflətə düşüldüyünü hiss etmədikdə hökümətin işlərinə müdaxilə etmir. Çox əhəmiyyət daşımayan son hadisədə də böyük bir məsləhət qarşısında qəflətə düşüldüyü hiss olunmuşdur. Həyatda olduğum və məsuliyyət daşıdığım müddətdə İran millətinin, ideallarına qarşı hərəkətində zərrə qədər bir səhvin meydana gəlməsinə icazə verməyəcəyəm. Xalq həyəcan, şüur, sağlam fikir və əzmlə meydanda olduğu müddətdə İlahi lütflər kəsilməyəcək; məsullar şəxsi məsələlərdə ilişərək hədəflərini unutduqları təqdirdə isə İlahi köməklər azalacaq. Bu gün xalqın yanında hər üç gücdə iştirak edən məsullar da ağır vəzifələrini yerinə yetirə bilmək üçün əziyyət çəkir və bu sahədə mücahidə (cihad etməkdədirlər) etməkdədirlər”.

Bəhreyn hadisələrinə də toxunan İran İslam İnqilabının Rəhbəri deyib: “İran İslam Respublikası haqlı möveyiniı dəqiq bir şəkildə ortaya qoyduğu üçün, Qərbli güclərin təbliğat hücumları İran üzərində təsirsiz hala düşüb. İran İslam Respublikası imperialist güclərin istəklərinin əksinə olaraq regional problemlər qarşısında laqeyd, seyirici mövqeyində deyil. İran xalqı, hökuməti və siyasi təbəqəsi imperialistlərin bu zalımanə hərəkətlərinə seyirici qalmayacaqdır. İran İslam Respublikası haqqı açıqca müdafiə etməkdə heç bir zaman dünyanın içi boş güclərinin təhdidlərindən qorxmamışdır, qorxmayacaq və hətta onların bu təhdidlərini ciddi belə hesab etmir. Bəhreyn xalqının etirazları haqlıdır və yerindədir. Əgər Bəhreyn xalqının vəziyyəti, dövlət forması və idarəçilərin dövləti necə idarə etdikləri ağıl sahibi hər bir insan tərəfindən araşdırılsa, qətiliklə Bəhreyn dövləti qınanacaqdır. Bəhreyn dövləti, xalqa qarşı davranışlarında böyük bir səhv yoldadır. Çünki bu cür davranışlar xalqın daha çox qəzəblənməsindən başqa bir nəticə verməz və hətta bu qəzəbin yenidən baş qaldırması halında, dövlət bir şey etməyə qadir olmaz. Bəhreynə xarici qüvvələrin müdaxiləsi də böyük bir səhvdir”.

Bölgədəki bu son vəziyyətin arxasında sionizmin durduğunu önə çəkən Ayətullah Xamenei deyib: “Onlar hazırdakı vəziyyətlərdən istifadə edərək Qəzzaya qarşı qətliamlarını davam etdirməkdədir. Bölgədəki xalqlar və dövlətlər, sionist rejimin bu addımları qarşısında qəflətə düşməməlidirlər”.
Sözlərinin sonunda İran İslam İnqilabının Ali Dini Lideri Ayətullahül Üzma Seyyid Əli Xamenei deyib: “Millətlərin irəliləməsinin təməl açarı, onların haqlı sözlərini müqavimətlə müdafiə etmələridir. İnkişaflar əldə edən İran xalqı digər xalqlar üçün də nümunədir”. /islam-azeri.az/

В этом разделе