İranın ali dini lideri min məhbusu əfv etdi

Ayətullah Seyid Əli Xameneyi

Əfv İmam Əlinin (ə) mübarək mövludu münasibətilə imzalanıb

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamanei müxtəlif cinayətlərdə günahlandırılan 996 məhkumu əfv edib. "Fars" xəbər agentliyinin verdiyi xəbərə görə, əfv fərmanı İmam Əlinin (ə) mövludu münasibəti imzalanıb. Əfv parlamentin spikeri Əli Laricaninin təklifi ilə qərara alınıb. Qərar icra olunması üçün aidiyyəti orqanlara göndərilib.

В этом разделе