İranın ali dini lideri mətbuata xəbərdarlıq etdi

Ayətullah Seyid Əli Xameneyi

Ayətullah Xameneyinin ofisi rəsmi elannamə yayıb

İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi mətbuatda onun haqqında çıxan xəbərlərlə əlaqədar xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, İslam İnqilabının rəhbəri haqqında əsassız məlumatlar yayılmasın və məlumatlar onun ofisinə istinad edilsin. Bununla əlaqədar "leader" saytı elannamə yayıb:

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi elamnamə ilə çıxış edərək bildirmişdir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə bağlı mötəbər məlumat və faktlar yalnız rəsmi mənbələr vasitəsilə yayımlanır. Buna görə də KİV-ə qeyri-mötəbər və əsassız məlumatları yaymaqdan ciddi surətdə çəkinmələri tövsiyə olunur.

Elamnamənin tam mətni:


Allahın adı ilə!

Son zamanlar KİV-də yer alan və özündə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bəyanatları, mövqeyi və fəaliyyəti ilə bağlı həqiqətdən uzaq məqamları əks etdirən, qeyri-mötəbər və əsassız yollarla əldə edilmiş bəzi məlumatlar nəzərə alınaraq möhtərəm mediya nümayəndələrinə bu tip informasiyanı yaymaqdan çəkinmələri tövsiyə olunur və bir daha ciddi surətdə xatırladılır ki, Ali Məqamlı Rəhbərlə əlaqədar xəbərlər sırf rəsmi mənbələr vasitəsilə yayımlanır. Baş İdarə KİV-in (xəbər agentlikləri, mətbuat və saytların) digər kanallar vasitəsilə əldə olunan məlumatların yayımına bir daha yol verməyəciyinə ümid edir.

В этом разделе