"Bəhreyndə baş verənləri sünni-şiə münaqişəsi kimi təqdim etmək Amerikanın çirkin planıdır"
İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi müqəddəs Məşhəd şəhərində minlərlə insan qarşısında çıxış edib. Ölkənin dini rəhbəri Liviya və Bəhreyndə baş verən hadisələrə də toxunub-ABNA xəbər verir. O deyib:
"Biz Liviya hakimiyyətinin tutduğu yolu, yəni günahsız insanların qətlə yetirilməsini, mülki vətəndaşların yerləşdiyi şəhərlərin bombalanmasını qətiyyətlə pisləyirik. Xalqla bu sayaq rəftar heç vəchlə qəbul ediləsi deyil. Amma eyni zamanda Qərb və Amerikanın da Liviyaya daxil olmasını yanlış addım hesab edirik.
Amerika və Qərb Liviya xalqını müdafiə etmək niyyətində deyil. Onlar yalnız Liviyanın nefti barədə düşünürlər. Onlar iddia edirlər ki, Liviya xalqını müdafiə etmək üçün Liviyaya daxil olmaq istəyirlər. Amma onların bu iddiası heç də qəbul ediləsi deyil. ABŞ və Qərb əgər həqiqətən də Liviya xalqını müdafiə etmək niyyətində olsaydı, arxada qoyduğumuz bir ayda Liviya xalqına kömək edərdilər. Onlar ən azı edə bilərdilər ki, bombalarla hədəfə alınan Liviya xalqına silah göndərsinlər. Amma bütün dünya şahid oldu ki, ABŞ və Qərb bir ay Liviya xalqının qətliamına kənardan tamaşa etdi. Beləliklə məlum olur ki, onlar Liviya xalqını müdafiə etmək ardınca deyillər."
İnqilab rəhbəri həmçinin Bəhreyndə baş verənlərə işarə ilə deyib:
"Bu gün Bəhreyndə baş verən hadisələri Qərb, xüsusi ilə Amerika sünni və şiələr arasında baş verən bir qarşıdurma kimi dəyərləndirir. Mən bu məsələ ilə bağlı xoş niyyətli insanlara demək istəyirəm ki, Bəhreyndə baş verən hadisələri sünni-şiə problemi kimi dəyərləndirməyin. Çünki bu Amerikaya xidmət etməkdir."